Şirvanda mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var- FOTO - VİDEO - YENİLƏNİB

Şirvanda yol qəzası

© APA | Şirvanda yol qəzası

# 09 iyul 2021 17:19 (UTC +04:00)

Şirvanda mikroavtobusla minik avtomobili toqquşub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhəri Ş.Qurbanov küçəsində 10 saylı marşrut xətti üzrə işləyən sərnişin mikroavtobusu ilə “Mitsubishi Pajero” markalı avtomobil toqquşub. Mikroavtobus fərdi yaşayış evinin hasarına çırpılıb. Telefon xəttinin dirəyi aşıb.

Qəza nəticəsində 9 nəfər yüngül xəsarətlər alıb. Onlardan 7 nəfər ambulator tibbi yardım alıb, 2 nəfər xəstəxanaya yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR