Şirvanda piyadanı avtomobil vurub

Şirvanda piyadanı avtomobil vurub
# 04 oktyabr 2021 20:01 (UTC +04:00)

Şirvanda 51 yaşlı qadını avtomobil vurub.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.

“VAZ 2107” markalı avtomobil yolu keçmək istəyən Şirvan sakini, 1970-ci il təvəllüdlü Ağayeva Gülbəniz Allahqulu qızını vuraraq ağır yaralayıb.

Yaralı piyada kəllə-beyin travması ilə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR