Şirvanda qaçırdığı avtomobili yandıran şəxs tutulub

Şirvanda qaçırdığı avtomobili yandıran şəxs tutulub
# 21 avqust 2021 13:48 (UTC +04:00)

Ötən gün Şirvan Rayon Polis Şöbəsinə şəhər ərazisindən “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Hacıqəhramanlı qəsəbəsi ərazisində yanmış halda tapılıb.

Davam etdirilən əməliyyat tədbirləri ilə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini S. Qasımzadə müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR