Şirvanda qətl törədən şəxsə cinayət işi açılıb

Şirvanda qətl törədən şəxsə cinayət işi açılıb
# 19 iyun 2021 10:25 (UTC +04:00)

İyunun 18-i saat 18 radələrində Şirvan şəhəri ərazisində 1981-ci il təvəllüdlü Fəxrəddin Babayevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Şirvan Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, aparılan ilkin araşdırmalarla 1991-ci il təvəllüdlü Xəyyam Mirzəyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Fəxrəddin Babayevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Xəyyam Mirzəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR