Şirvanda sirkə turşusundan zəhərlənən qadın xəstəxanada dünyasını dəyişib

Şirvanda sirkə turşusundan zəhərlənən qadın xəstəxanada dünyasını dəyişib
# 06 iyul 2021 06:26 (UTC +04:00)

Şirvanda sirkə turşusu içən 36 yaşlı qadın xəstəxanada ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, iyulun 5-də Şirvan sakini, 1985-ci il təvəllüdlü Mürsəlova Gülnaz Fikrət qızı 70%-li sirkə turşusu içərək intihara cəhd edib.

Qadın ağır vəziyyətdə qida borusunun və mədənin kəskin kimyəvi yanığı diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Gecə saatlatrında qadın dünyasını dəyişib.

***

05 iyul, saat 00.11

Şirvanda 36 yaşlı qadın sirkə turşusu içərək zəhərlənib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1985-ci il təvəllüdlü Mürsəlova Gülnaz Fikrət qızı 70%-li sirkə turşusu içərək intihara cəhd edib. 36 yaşlı qadın ağır vəziyyətdə qida borusunun və mədənin kəskin kimyəvi yanığı diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR