Şirvanda ticarət mərkəzində yanğın olub - YENİLƏNİB

Şirvanda ticarət mərkəzində yanğın olub

© APA | Şirvanda ticarət mərkəzində yanğın olub

# 04 dekabr 2021 18:33 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi bu gün Şirvan şəhərində baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Şirvan şəhərində ikimərtəbəli mağazanın 2-ci mərtəbəsində ümumi sahəsi 20 m² olan müşahidə otağının lambirindən ibarət tavanı, içərisində masa, kompüter, müşahidə kamerasının avadanlıqları və ümumi sahəsi 20 m² olan anbarın lambirindən ibarət tavanı yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

13.54

Şirvanda ticarət mərkəzində yanğın baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhərində yerləşən ticarət mərkəzinin xidməti otağında baş verən yanğına qısaqapanma səbəb olub.

Yanğın FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb. Yanğın zamanı 80 kvadratmetr sahəni əhatə edən müşahidə kameralarının server otağı, anbarda yerləşən tütün məmulatları və mərkəzin əməkdaşlarının şəxsi əşyaları yanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR