Siyəzəndə baş verən yanğın söndürülüb - YENİLƏNİB

Siyəzəndə baş verən yanğın söndürülüb - <span class="red_color">YENİLƏNİB
# 18 iyun 2021 02:50 (UTC +04:00)

Siyəzən rayonunun Məşrif, Sədan, Balaca Həmyə və Qalaaltı kəndlərinin yaxınlığında (ərazinin bir hissəsi mürəkkəb quruluşlu dağlıq relyefə malikdir) baş verən yanğınlar Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin müvafiq qüvvələri tərəfindən söndürülüb.

FHN-dən APA-ya bildirilib ki, ilkin məlumata əsasən, Məşrif kəndində bələdiyyəyə məxsus ərazidə 20 ha biçilməmiş, 5 ha biçilmiş taxıl sahəsi və dağlıq ərazidə 45 ha sahədə kol-kos yanıb.

Digər ərazilərdə ümumilikdə, təqribən 10 ha sahədə quru ot və kol-kos yanıb.

Yaxınlıqdakı meşə ərazisi, əkin sahələri və infrastrukturlar yanğından mühafizə olunub.
 

***

17 iyun, saat 16:53

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Siyəzən rayonu ərazisində yanğın olması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata əsasən, hazırda rayonun Sədan, Məşrif, Balaca Həmyə və Qalaaltı kəndlərinin yaxınlığında kol-kos yanır. Yanğının meşə ərazisinə keçmək riski olduğu üçün alovun söndürülməsi istiqamətində operativ tədbirlər görülür.  

Küləkli hava şəraiti və yanğının mürəkkəb relyefli ərazidə olması yanğınsöndürmə işlərini çətinləşdirir.

Yaxınlıqda infrastruktur obyektləri yanğından mühafizə olunub. Yanğınsöndürmə işləri davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR