SOCAR: Daşlı adada təbii şəkildə yanan palçıq vulkanı sönməyə doğru gedir

SOCAR: Daşlı adada təbii şəkildə yanan palçıq vulkanı sönməyə doğru gedir
# 05 iyul 2021 09:23 (UTC +04:00)

İyulun 4-də axşam saatlarında dəniz istiqamətində görünmüş alov təzahürü ilə əlaqədar SOCAR-ın heç bir sənaye obyektinə zərər dəyməyib. Şirkətin bütün dəniz özülləri və sənaye obyektləri fəaliyyətini normal rejimdə davam etdirir.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bununla belə, dənizdə görünmüş alovun səbəbini dəqiqləşdirmək üçün hadisə yerinə SOCAR-ın işçi heyəti gəmi ilə göndərilmişdi. Ələt qəsəbəsi ilə Neftçala şəhəri arasında, sahildən təxminən 30 km məsafədə dənizdə yerləşən Daşlı adada təbii şəkildə yanan palçıq vulkanı müşahidə olunub. Müşahidə zamanı alov sönməyə doğru gedir, yaxınlığında neft sənayesinə aid hər hansı infrastruktur mövcud olmayıb.

Qeyd edək ki, neft-qaz yataqları ilə bağlılığına görə palçıq vulkanlarının püskürməsi nəticəsində keçmişdə də metan və digər alovlanan qazların çıxması müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR