SOCAR: Dənizdə işləyən əməkdaşlarımıza hər hansı zərər dəyməyib

SOCAR: Dənizdə işləyən əməkdaşlarımıza hər hansı zərər dəyməyib
# 17 iyul 2021 17:07 (UTC +04:00)

"Sosial şəbəkələrdə dəniz özüllərinin birində bədbəxt hadisənin baş verməsi haqqında məlumat yayılıb. Bildiririk ki, bu gün SOCAR-ın istismar etdiyi dəniz özüllərinin heç birində qəza baş verməyib, əməliyyatlar normal rejimdə davam edir. SOCAR-ın dənizdə işləyən əməkdaşlarına hər hansı zərər dəyməyib".

Bu barədə "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib. 

Onun sözlərinə görə, ictimaiyyətin sorğularına əsasən aparılan araşdırma nəticəsində Səngəçal qəsəbəsinin yaxınlığında istismardan çıxarılmış bir özüldə metalın yığılmasını həyata keçirən və SOCAR-a aid olmayan şirkətlərdən birində bədbəxt hadisənin baş verməsi haqqında ilkin məlumat əldə edilib: "Məlumata görə, hadisə nəticəsində həmin şirkətin bir əməkdaşı dünyasını dəyişib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR