SOCAR rəsmisi: "Partlayış "Ümid" platformasında baş verməyib" - VİDEO - YENİLƏNİB

SOCAR rəsmisi: "Partlayış "Ümid" platformasında baş verməyib" - VİDEO  - YENİLƏNİB
# 04 iyul 2021 22:38 (UTC +04:00)

"SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir".

Bu barədə APA-ya SOCAR-dan bildiriblər.

Məlumatda əlavə olunub ki, "Ələt istiqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimal palçıq vulkanının püskürməsidir".

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib ki, partlayış "Ümid" yatağından 10-12 km aralıda olub. SOCAR-ın heç bir platformasında partlayış baş verməyib.

***

Saat 22:28

Xəzər dənizində partlayışla müşahidə olunan yanğın baş verib.

APA-nın məlumatına görə, yanğınla bağlı dəniz sahilindən çəkilmiş görüntülər sosial mediada yayılıb.

Yanğının baş vermə yeri və səbəbi barədə hələlik rəsmi məlumat yoxdur.

Xəbər yenilənəcək

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR