Sumqayıt sakini liftin şaxtasına düşərək ölüb

Sumqayıt sakini liftin şaxtasına düşərək ölüb
# 25 noyabr 2021 09:24 (UTC +04:00)

Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sülh prospektində fəaliyyət göstərən istehsal müəssisələrindən birində qeydə alınıb. Belə ki, müəssisənin əməkdaşı, 1956-cı il təvəllüdlü Əliverdiyev Vaqif Əliverdi oğlu binanın 4-cü mərtəbəsində liftin yuxarı çıxmasını gözləyib. Qapı açılıb, lift gəlmədiyindən o, şaxtaya düşərək ölüb. Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR