Sumqayıtda dənizdə batan azyaşlının meyiti sudan çıxarılıb

Sumqayıtda dənizdə batan azyaşlının meyiti sudan çıxarılıb
# 26 avqust 2021 13:15 (UTC +04:00)

Avqustun 25-də Sumqayıt şəhərində, dənizdə batan 2011-ci il təvəllüdlü Qələndərli Hüseyn İzmir oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, H.Qələndərlinin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR