Sumqayıtda dənizdən meyiti tapılan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Sumqayıtda dənizdən meyiti tapılan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
# 22 iyun 2021 22:32 (UTC +04:00)

Xəzər dənizinin Sumqayıt sahillərində meyiti aşkar olunan kişinin şəxsiyyəti məlum olub.

APA-nın Sumqayıt bürosunun məlumatına görə, bu, 2004-cü il təvəllüdlü Rüstəmov Murad Tahir oğludur.

***

Saat 19:53

Xəzər dənizinin Sumqayıt sahilində kişi meyiti aşkarlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Corat çimərliyində qeydə alınıb.

“Ləman” çimərliyində bir nəfər cansız bədənin suda aşkar edilib. Dərhal müvafiq qurumlara xəbər verilib. Həmin şəxsin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. İlkin ehtimala görə, 18-19 yaşlarında olan gənc təxminən 3 gün bundan əvvəl suda boğulub və dalğa onu Xəzərin Sumqayıt sahilinə gətirib çıxarıb.

Gəncin şəxsiyyəti məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR