Sumqayıtda dönərxana yanıb

Sumqayıtda dönərxana yanıb
# 26 sentyabr 2021 10:36 (UTC +04:00)

Sumqayıt şəhərində, avtomobil bazarının ərazisində ümumi sahəsi 30 m² olan köşkün (dönərxana, su satışı və s) yanar konstruksiyaları və içərisində 4 ədəd soyuducu yanıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yanğın zamanı köşkün içərisində olan 6 ədəd məişət qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR