Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb - VİDEO

Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb - VİDEO
# 27 avqust 2021 15:58 (UTC +04:00)

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş “Doktor” ləqəbli narkotik alverçisi Vüqar Həmzəyev şəhər ərazisində tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, onun üzərinə keçirilən baxış zamanı 14 qrama yaxın metamfetamin (“patı”) və 5 qram heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxs izahatında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduğunu etiraf edib.

Daha əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Rauf Mehdiyev və Rüstəm İsgəndərov polis əməkdaşları tərəfindən saxlanılıb. R. Mehdiyevin üzərindən heroin, R. İsgəndərovdan isə 123 qram heroin və 112 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR