Sumqayıtda evdə yanğın olub

Sumqayıtda evdə yanğın olub
# 26 avqust 2021 12:46 (UTC +04:00)

Sumqayıt şəhərində ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 15 m² sahədə, qapı-pəncərəsi və 3 ədəd yataq dəsti yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan dəhlizin kağız üzlüyü 5 m² sahədə və digər otaqların qapıları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR