Sumqayıtda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO - VİDEO

Sumqayıtda yol qəzası

© APA | Sumqayıtda yol qəzası

# 31 avqust 2021 12:22 (UTC +04:00)

Sumqayıtda “Niva” “Opel” markalı avtomobillər toqquşub.

APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Sülh prospektindəki yol ayrıcında qeydə alınıb. Ərazidə olan yanacaqdoldurma məntəqəsindən çıxan “Niva” markalı avtomobil baş yolun tələbini pozub və nəticədə “Opel” markalı avtomobillə toqquşub. Qəza nəticəsinə “Opel” markalı avtomobildə olan sərnişin və “Niva” markalı avtomobilin sürücüsü xəsarət alıb. Hər iki şəxs təcili tibbi yardım xidmətinin əməkdaşlarının köməyi ilə xəstəxanaya aparılıb. Qəza səbəbindən bir müddət yolda sıxlıq yaranıb. Əraziyə gələn yol polisinin əməkdaşlarının müdaxiləsi nəticəsində sıxlıq aradan qaldırılıb və nəqliyyat vasitələrinin normal hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR