Sumqayıtda intihara cəhd edən şəxs xilas edilib

Sumqayıtda intihara cəhd edən şəxs

© APA | Sumqayıtda intihara cəhd edən şəxs

# 10 iyul 2021 14:20 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər elektrik dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR