Sumqayıtda istifadə olunmayan tikilidə qeydə alınmış yanğın söndürülüb - YENİLƏNİB - FOTO - VİDEO

Sumqayıtda yanan tikili

© APA | Sumqayıtda yanan tikili

# 19 iyul 2021 21:31 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


17:57

Sumqayıt şəhərində istifadə olunmayan tikilidə qeydə alınmış yanğın söndürülüb.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, istifadə olunmayan və sahibsiz olan tikilinin ümumi sahəsi 3 800 kv. metr təşkil edir, tikilinin 600 kv. metri yanıb.

***

16:18

Sumqayıt şəhərində istifadə olunmayan tikili yanır.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində istifadə olunmayan tikilidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR