Sumqayıtda karantin qaydalarını pozan 4 restoran sahibi cərimələnib

Sumqayıtda karantin qaydalarını pozan 4 restoran sahibi cərimələnib
# 16 iyul 2021 09:44 (UTC +04:00)

Sumqayıtda karantin qaydalarını pozan restoran sahibləri cərimələnib.

APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdiyi nəzarət tədbirləri zamanı Sumqayıtda “Sahil”, “Xəlifə”, “Aylı gecə” və “Love Palace” restoranlarında qanunvericiliyini tələblərinin pozulduğu məlum olub. Belə ki, şənlik məclislərində obyekt sahibləri tərəfindən “icazə.e-gov.az” portalında rəsmi qeydiyyatdan keçiriləndən artıq iştirakçının qatıldığı müəyyən edilib.

Aşkarlanan pozuntularla bağlı restoran sahiblərinin hər biri İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən karantin qaydalarının pozduqlarına görə 4000 manat cərimələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR