Sumqayıtda kişi salonundan oğurluğun qarşısı alınıb - VİDEO

Sumqayıtda kişi salonundan oğurluğun qarşısı alınıb - VİDEO
# 06 sentyabr 2021 18:13 (UTC +04:00)

Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı oğurluq cəhdinin qarşısı alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt şəhər 5-ci məhəllədə yerləşən kişi salonundan gələn siqnal əsasında mühafizə idarəsinin əməkdaşları hərəkətə keçib. Baxış zamanı məlum olub ki, obyektə kənar şəxs daxil olub.

Həmin şəxs saxlanılaraq aidiyyatı üzrə polis bölməsinə aparılıb. Araşdırma zamanı məlum olub ki, oğurluğu törətmək istəyən şəxs Sumqayıt şəhər 12-ci mikrorayon ev 43-də yaşayan 1994-cü il təvəllüdlü Elçin Əli oğlu Vahabovdur.

Qeyd edək ki, Elçin Vahabov əvvəllər də bir neçə dəfə məhkumluq həyat yaşayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR