Sumqayıtda koronavirus xəstəsinə cinayət işi açılıb - VİDEO - YENİLƏNİB

Sumqayıtda koronavirus xəstəsinə cinayət işi açılıb

© APA | Sumqayıtda koronavirus xəstəsinə cinayət işi açılıb

# 18 avqust 2021 02:00 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

15:10

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, 35 yaşlı Sumqayıt şəhər sakini Şərifov Mehdi Əlimirzə oğluna COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR