Sumqayıtda kran minik avtomobilini vurub, 6 nəfər xəsarət alıb ​​​​​​​ - FOTO

Sumqayıtda yol qəzası

© APA | Sumqayıtda yol qəzası

# 27 sentyabr 2021 14:45 (UTC +04:00)

Sumqayıtda yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsinə gedən avtomagistralda qeydə alınıb. SOCAR-a məxsus 99 JZ 227 dövlət nömrə nişanlı, "İsuzu" markalı kran hərəkətdə olan 90 RA 635 dövlət nömrə nişanlı, "Opel Zafira" markalı minik avtomobilini arxadan vurub.

Qəza nəticəsində minik avtomobilində olan 6 nəfər Sumqayıt sakini - 1996-cı il təvəllüdlü Ağasıyev Çingiz Masum oğlu, 1996-cı il təvəllüdlü, Hüseynova Nailə Nəzər qızı, 1984-cü təvəllüdlü Abdulsalamova Xəyalə Nazim qızı, 1982-ci il təvəllüdlü Yaqubov Zöhrab Novruzəli oğlu, 1957-ci il təvəllüdlü Əliməmmədov Masum Ağalı oğlu və Günəşli Sara Rafiq qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR