Sumqayıtda kürəkən qayınatasını döyüb - FOTO

Sumqayıtda kürəkən qayınatasını döyüb - FOTO
# 08 iyun 2021 14:19 (UTC +04:00)

Sumqayıtda kürəkən qayınatanı döyüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 30-cu məhəlləsində qeydə alınıb.

Ailə münaqişəsi zəminində baş verən hadisə zamanı Sumqayıt şəhər sakini, 34 yaşlı Namiq Ələkbərov qayınatası, 61 yaşlı Eldar Bağırovu döyüb. Belə ki, N. Ələkbərov E.Bağırovun baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr endirib. Ağır bədən xəsarətləri alan E.Bağırov xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Kürəkən N. Ələkbərov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, E.Bağırov Sumqayıt şəhəri 18 saylı məktəbdə riyaziyyat müəllimi işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR