Sumqayıtda market sahibi saxlanılıb, barəsində cinayət işi başlanılıb

Sumqayıtda market sahibi saxlanılıb, barəsində cinayət işi başlanılıb
# 25 avqust 2021 21:23 (UTC +04:00)

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhər ərazisində koronavirusa qarşı aparılan mübarizə tədbirlərini davam etdirir.

APA-nın yerli bürosunun məlumatına görə, şəhərin 20 Yanvar küçəsində aparılan reyd zamanı marketlərdən birinin karantin qaydalarını kobud şəkildə pozduğu məlum olub.

Polis əməkdaşlarının apardığı nəzarət tədbirləri nəticəsində 16-cı məhəllədə yerləşən "Army” marketdə Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət edilmədiyi aşkarlanıb. Dəfələrlə polislər tərəfindən edilən xəbərdarlıqlara məhəl qoymayaraq, tətbiq olunan qaydaları pozduğuna görə marketin sahibi, Abşeron rayon sakini, 1982-ci il təvəllüdlü Tağıyev Səhrab Sahir oğlu barəsində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Market sahibi cinayət işi ilə bağlı saxlanılıb.

Xatırladaq ki, market sahibi bir müddət öncə qanunvericiliyin tələbinə əsasən, vəzifəli şəxs qismində 4000 manat cərimələnmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR