Sumqayıtda minik maşını yük maşınına çırpılıb

Sumqayıtda minik maşını yük maşınına çırpılıb
# 05 oktyabr 2021 08:09 (UTC +04:00)

Sumqayıt şəhərində "LADA" markalı minik avtomobili “KamAZ” markalı yük avtomobilinə çırpılıb.

APA xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR