Sumqayıtda narkotik vasitə, psixotrop maddələrin satışı ilə məşğul olan şəxslər tutulub - VİDEO - YENİLƏNİB

Sumqayıtda narkotik vasitə, psixotrop maddələrin satışı ilə məşğul olan şəxslər tutulub

© APA | Sumqayıtda narkotik vasitə, psixotrop maddələrin satışı ilə məşğul olan şəxslər tutulub

# 16 avqust 2021 23:35 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

17:31

Polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.

APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının Corat qəsəbəsində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş şəhər sakinləri Mübariz Nəzərov və Elşən Zülfüqarov saxlanılıb. Hər iki şəxsin üzərinə keçirilən baxış zamanı müxtəlif çəkilərdə narkotik maddə olan heroin və elektron tərəzi aşkar olunaraq götürülüb.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının qəsəbə ərazisində həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə 7 il məhkumluq həyatı yaşamış İlqar Hacıyev və Aslan Abdullayev tutulub. Onların üzərindən heroin aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin və digər hüquq pozuntularının qarşısının alınması istiqamətində Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR