Sumqayıtda partlayış zamanı 3 nəfər xəsarət alıb - VİDEO

Sumqayıtda partlayış zamanı 3 nəfər xəsarət alıb - VİDEO
# 09 noyabr 2021 22:56 (UTC +04:00)

Sumqayıtdakı müəssisələrin birində partlayış olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Sumqayıt Texnologiyalar Parkının törəmə şirkəti olan "STP AH" MMC-də baş verib.

Müəssisədəki metaləridən qazanda əmələ gələn qazın dalğasından partlayış yaranıb. Orada olan 3 nəfər yüngül xəsarət alıb. Hadisə ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR