Sumqayıtda qarajda iki nəfərin meyiti tapılıb - VİDEO - YENİLƏNİB

iki nəfərin meyitinin tapıldığı qaraj

© APA | iki nəfərin meyitinin tapıldığı qaraj

# 10 iyul 2021 00:53 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

Saat 18:58

Xəbərə fotolar əlavə olunub

18:58

***

Sumqayıtda qarajda iki nəfərin meyiti tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Belə ki, ərazidə olan qarajlardan birinə keçirilən baxış zamanı orada olan avtomobildə qəsəbə sakini 1997-ci il təvəllüdlü Məmmədov Vahid İntiqam oğlu və tanışı, Abşeron rayonu, Ceyranbatan qəsəbə sakini 1991-ci il təvəllüdlü Mahmudova Jasmina Hüseyn qızı ölmüş vəziyyətdə tapılıblar. Meyitlər müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Gənclərin ölüm səbəbləri araşdırılır.

Hər iki şəxsdən 3 gündür xəbər olmadığı bildirilir. Həmin şəxslər yaxınları tərəfindən axtarılıb. V.Məmmədovun iyulun 1-də hərbi xidmətdən gəldiyi və qarajın onlara məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR