Sumqayıtda qardaşının evindən oğurluq edən şəxs tutulub

Sumqayıtda qardaşının evindən oğurluq edən şəxs tutulub
# 27 noyabr 2021 11:34 (UTC +04:00)

Sumqayıtda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə noyabrın 25-də şəhər ərazisindəki evlərin birindən 1250 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən ev sahibinin qardaşı, əvvəllər məhkum olunmuş Ş.Həsənli müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR