Sumqayıtda yaşayış binasında yanğın olub, 12 nəfər təxliyə edilib

Sumqayıtda yaşayış binasında yanğın olub, 12 nəfər təxliyə edilib
# 08 sentyabr 2021 09:06 (UTC +04:00)

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, binanın 8-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan mənzilin mətbəxində 1 ədəd soyuducu, 2 p.m mebel və lambirindən ibarət tavan 5 m² sahədə yanıb. Yanğın zamanı tüstülənən mənzillərdən 12 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR