Sumqayıtda yaşayış binasında yanğın olub, 35 nəfər təxliyə edilib

Sumqayıtda yaşayış binasında yanğın olub, 35 nəfər təxliyə edilib
# 26 iyul 2021 14:46 (UTC +04:00)

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 7 ədəd sayğac və şaxta boyunca 15 p.m kabel yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı tüstülənmiş mənzillərdən 35 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR