Sumqayıtda yeniyetmə dənizdə batıb

Sumqayıtda yeniyetmə dənizdə batıb
# 14 iyun 2021 20:03 (UTC +04:00)

Sumqayıtda 13 yaşlı oğlan dənizdə batıb.

APA-nın yerli bürosunun məlumatına görə, bədbəxt hadisə Xəzər dənizinin Sumqayıt şəhəri sahillərində qeydə alınıb.

Sumqayıt sakini, 2008-ci il təvəllüdlü Kərimov Aqil Eldar oğlu dostları ilə çimərkən boğulub. Onun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR