Sumqayıtda yol qəzasında bir nəfər dünyasını dəyişib - VİDEO - YENİLƏNİB

Sumqayıtda yol qəzasında bir nəfər dünyasını dəyişib - VİDEO  -  YENİLƏNİB
# 28 iyul 2021 03:46 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


01:46

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsindən keçən avtomagistralda yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan iki minik avtomobili toqquşub.

Qəza nəticəsində avtomobillərdən birində olan sərnişin, 1972-ci il təvəllüdlü Hüseynov Anar Heydər oğlu aldığı xəsarətlərdən ölüb.

Məlumata görə, 49 yaşlı kişi Xaçmazdan toydan qayıdırmış. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR