Sumqayıtda yük maşını ərazidə təmizlik aparan şəxsi vurub - YENİLƏNİB - VİDEO

Sumqayıtda qəza törədən “Zil”

© APA | Sumqayıtda qəza törədən “Zil”

# 30 may 2021 14:15 (UTC +04:00)

Sumqayıtda yük maşınının vurduğu şəxsin kimliyi müəyyənləşib.

APA-nın məlumatına görə, “Zil” markalı yük maşınının vurduğu şəxs dəmir qapı ustası, 1955-ci il təvəllüdlü Abdullayev Məmməd Əli oğlu olub.

***

saat 12.51

Sumqayıtda yük maşını kişini vuraraq üstündən keçib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Məhəmməd Əsədov küçəsində qeydə alınıb.

Ərazidə təmizlik işləri aparan kişini “Zil” markalı yük avtomobili vuraraq üstündən keçib. O, hadisə yerindəcə dünyasını dəyişib. Onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR