Sumqayıtda zavoddan 200 kq metal qırıntıları oğurlanıb

Sumqayıtda zavoddan 200 kq metal qırıntıları oğurlanıb
# 13 noyabr 2021 12:41 (UTC +04:00)

“Sumqayıt Superfosfat” zavodunun ərazisindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə H. Z. Tağıyev qəsəbəsi ərazisində yerləşən “Sumqayıt Superfosfat” zavodunun ərazisindən 200 kiloqram çəkidə metal qırıntılarının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəhər sakini A. Həsənov, Abşeron rayon sakinləri T. Mikayılov və C. Əhmədov müəyyən edilərək saxlanılmışlar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR