​​​​​​​Sumqayıtda zibillikdən tapılan körpə ilə bağlı yeni faktlar məlum olub - VİDEO - YENİLƏNİB-2

​​​​​​​Sumqayıtda zibillikdən tapılan körpə ilə bağlı yeni faktlar məlum olub  - VİDEO  - YENİLƏNİB-2
# 07 iyul 2021 12:55 (UTC +04:00)

7 iyul, 12.55

Mətnə foto, video əlavə olunub.

***

Sumqayıtda zibillikdən tapılan körpə ilə bağlı yeni faktlar məlum olub.

APA-nın yerli bürosunun araşdırmasına görə, körpə qız Sumqayıtda fəaliyyət göstərən doğum evlərinin heç birində doğulmayıb. Körpənin ev şəraitində və vaxtından əvvəl dünyaya gəldiyi bildirilir.

Məlumata görə, Sumqayıtda Perinatal Mərkəzdə saxlanılan körpənin vəziyyəti yaxşıdır və hər hansı bir həyati təhlükəsi yoxdur.

Uşağın valideynlərinin tapılması istiqamətində araşdırmalar davam etdirilir.

***

6 iyul, 22.23

Mətnə video əlavə olunub.

***

Saat 21:38

Sumqayıtda zibillikdən yeni doğulmuş qız uşağı tapılıb.

APA-ın yerli bürosunun məlumatına görə, hadisə şəhərin “Yaşıldərə” yaşayış massivində qeydə alınıb.

Belə ki, sakinlərdən biri zibil atarkən səs eşidib və orada yeni doğulmuş qız uşağının olduğunu görüb. O, polisə müraciət edilib və yeni doğulmuş körpə Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən Perinatal mərkəzə yerləşdirilib. Körpənin vəziyyəti hazırda kafidir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR