Suraxanı rayonunda yararsız su sayğacları yanıb - FOTO

Suraxanı rayonunda yararsız su sayğacları yanıb - FOTO
# 01 avqust 2021 09:37 (UTC +04:00)

Suraxanı rayonunda bağ vermiş yanğınla bağlı rəsmi açıqlama yayılıb.

Ötən gün sosial şəbəkədə Suraxanı rayonunda, Zığ sossesi yaxınlığında məişət tullantılarının yanması ilə bağlı məlumat yayılıb.

Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən APA-ya bildirilib ki, yanğın hadisəsi Suraxanı rayonunda, “Azərsu” ASC-nə məxsus Aerasiya stansiyasının boş ərazisində baş verib və bu zaman məişət tullantıları deyil, stansiyanın ərazisinə yığılmış böyük miqdarda yararsız su sayğaclarının bir hissəsi yanıb. Yanğın qısa müddət ərzində Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşları tərəfindən söndürülüb, məsələnin araşdırılması Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən həyata keçiriləcəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR