Şuşa şəhəri yaxınlığında törədilmiş terror aktı nəticəsində 3 nəfər xəsarət alıb

Şuşa şəhəri yaxınlığında törədilmiş terror aktı nəticəsində 3 nəfər xəsarət alıb
# 13 noyabr 2021 11:51 (UTC +04:00)

Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin hərbi qulluqçularına əl qumbarası atılması nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Hafiz Nəsibov və digərləri (cəmi üç nəfər) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin (DİN) birgə məlumatında qeyd olunub.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR