Şuşada  silah-sursat aşkarlanıb - FOTO

Şuşada  silah-sursat aşkar edilib

© APA | Şuşada  silah-sursat aşkar edilib

# 08 oktyabr 2021 15:41 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin və Minatəmizləmə Agentliyinin müvafiq qurumları ilə birgə keçirdikləri növbəti tədbirlər zamanı Şuşa şəhəri və Daşaltı kəndi ərazisindən 1 avtomat, 3 mina, 30 müxtəlif növ qumbara, 7 “Foqot” qurğusu, 12 qumbaraatan mərmisi, 6 minaatan mərmisi, 11 UZRQM partladıcısı, 7380 ədəd müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR