Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
# 17 iyun 2021 17:24 (UTC +04:00)

Bu il fevralın 15-də paytaxtın Xətai rayonu ərazisində İsmayıl Xankərimova məxsus üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Xətai rayon prokurorluğundan APA-ya verilən məlumatına görə, istintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı Famil İsmayılov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı İsmayıl Xankərimovu mətbəx bıçağı ilə vuraraq qəsdən öldürüb.
Famil İsmayılov Cinayət Məcəlləsinin 120.1-ci (adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR