TBMM sədri Bakının azad edilməsinin 103 illiyi münasibətilə təbrik mesajı yayıb - VİDEO

Mustafa Şentop

© APA | Mustafa Şentop

# 15 sentyabr 2021 19:47 (UTC +04:00)

"Nuru Paşa komandanlığındakı Qafqaz İslam Ordusu 15 sentyabr 1918-ci ildə Bakını erməni və bolşevik işğalından azad edib.”

APA-nın məıumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop “Twitter” hesabında qeyd edib.

“Türkiyə-Azərbaycan qardaşlığının nışanı olan bu hadisənin 103-cü ildönümü münasibətilə başda Nuru Paşa olmaqla, bütün əziz şəhidlərimizi rəhmətlə yad edirik”,-deyə TBMM sədri bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR