Təcridxanada paltarın astarında narkotik keçirməyə cəhd olunub - FOTO

Təcridxanaya narkotik keçirmək cəhdinin qarşısı alınıb

© APA | Təcridxanaya narkotik keçirmək cəhdinin qarşısı alınıb

# 01 noyabr 2021 17:28 (UTC +04:00)

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən APA-ya verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Vüqar Ağaverdi oğlu Həmzəyevə qohumu Sumqayıt şəhər sakini Teymur Şakir oğlu Məmmədov tərəfindən gətirilən sovqata baxış keçirilib. Yoxlama zamanı orada olan idman şalvarının astar hissəsinə xüsusi üsulla tikilərək gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 4,411 qram narkotik maddə - tiryək aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR