Telman İsmayılovun Rusiyaya ekstradisiyasına hazırlıq görülür

Telman İsmayılov

© APA | Telman İsmayılov

# 05 oktyabr 2021 13:07 (UTC +04:00)

Rusiya Baş Prokurorluğu azərbaycanlı iş adamı Telman İsmayılovun Rusiyaya təhvil verilməsi ilə bağlı sorğu hazırlamağa başlayıb.

APA-nın Moskva müxbirinin Rusiya Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Telman İsmayılovun ekstradisiyası üçün Monteneqro prokurorluğu ilə əməkdaşlıq aparılır.

“Rusiya Federasiyası Baş Prokurorluğu beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş qaydada Monteneqronun səlahiyyətli orqanları ilə qarşılıqlı əlaqə qurur. Hazırda Telman İsmayılovun Rusiya Federasiyasına ekstradisiyası üçün sorğunun hazırlanması işləri aparılır”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, Monteneqronun Podqoritsa məhkəməsi oktyabrın 2-də Telman İsmayılovun barədə həbs qərarı çıxarıb. Rusiya tərəfinin sorğusu əsasında saxlanılan azərbaycanlı iş adamı iki sahibkarın qətlinin təşkilində günahlandırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR