Terrorçuluqda təqsirləndirilən iki Ermənistan vətəndaşının məhkəməsinin vaxtı məlum olub - YENİLƏNİB

Terrorçuluqda təqsirləndirilən iki Ermənistan vətəndaşının məhkəməsinin vaxtı məlum olub - YENİLƏNİB
# 17 noyabr 2021 12:30 (UTC +04:00)

Terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşının məhkəməsinin vaxtı məlum olub.

APA-nın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası noyabrın 23-ü saat 10:30-a təyin edilib.

Qeyd edək ki, hər iki Ermənistan vətəndaşı Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham edilir.

***

08:59

Terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşı - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

Qeyd edək ki, hər iki Ermənistan vətəndaşı Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR