Tərtərdə dostu ilə birləşib əmisini qətlə yetirən şəxsə hökm oxunub

Tərtərdə dostu ilə birləşib əmisini qətlə yetirən şəxsə hökm oxunub
# 23 noyabr 2021 11:49 (UTC +04:00)

Tərtərdə əmisini qətlə yetirməkdə təqsirləndirilən Cavad Kərimov və Zamin Abbaszadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, C. Kərimov 17 il, Z. Abbaszadə isə 17 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, oktyabrın 2-də saat 2 radələrində Tərtər rayonunun Sarov kəndində kənd sakini Ziyaməddin Kərimovun qətlə yetirilməsi barədə DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə Sarov kənd sakini C.Kərimovun və Kəngərli kənd sakini Z.Abbaszadənin qisas və tamah məqsədi ilə Z.Kərimovu bıçaqla qətlə yetirmələri müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinənlər – Z.Abbaszadə və C.Kərimov saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR