Tərtərdə istirahət mərkəzində karantin qaydalarının pozulmasına görə inzibatçı barəsində cinayət işi başlanıb

Ceyhun Əliyev

© APA | Ceyhun Əliyev

# 29 iyul 2021 12:33 (UTC +04:00)

Tərtər Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən istirahət mərkəzində pandemiya tələblərinin pozulduğu müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, yoxlamalar zamanı rayon ərazisində yerləşən “Tərtər İstirahət Mərkəzi”ndə təşkil edilən toy mərasiminin “icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədiyi və qonaqların sayı normadan artıq olduğu aşkarlanıb.
Obyektin inzibatçısı olan Ceyhun Əliyev bir neçə dəfə bu cür qayda pozuntusuna yol verdiyindən onun barəsində Tərtər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR