Tərtərdə keçmiş arvadını boğaraq öldürən şəxsə hökm oxunub

Tərtərdə keçmiş arvadını boğaraq öldürən şəxsə hökm oxunub
# 01 noyabr 2021 14:41 (UTC +04:00)

Tərtərdə keçmiş arvadını boğaraq öldürməkdə təqsirləndirilən Səlim Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S. Əsədov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2020-ci il sentyabrın 6-da rayonun Şıxarx qəsəbə sakini Tağıyeva Röyalə Mirzə qızının yaşadığı evdə öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Tərtər rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla zərərçəkmişin keçmiş əri Əsədov Səlim Bəhrəm oğlunun Röyalə Tağıyevanın yaşadığı evə daxil olaraq sonuncunu heç bir əsaslı səbəb olmadan boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Səlim Əsədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR