Tərtərdə kişi arvadını qətlə yetirib - YENİLƏNİB - VİDEO

Tərtərdə kişi arvadını qətlə yetirib - <span class="red_color">YENİLƏNİB - <span class="red_color">VİDEO
# 18 iyun 2021 16:15 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

12:24

Tərtərdə baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.

APA-nın yerli müxbirinin xəbərinə görə, rayon sakini Anar Əliyev həyat yoldaşı Arzu Əliyevanı Tərtər şəhər Məhkəməsinin binasının qarşısında başını kəsərək qətlə yetirib.

Hadisənin boşanma üstündə baş verdiyi bildirilir.

A. Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə baş verən yerdə araşdırma aparır.

 

***

11.57

 

İyunun 18-i saat 11 radələrində Tərtər rayonu ərazisində 1995-ci il təvəllüdlü Arzu Abbasovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri, 1987-ci il təvəllüdlü Anar Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Arzu Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Anar Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR