Tərtərdə qanunsuz ov edən şəxs saxlanılıb

Tərtərdə qanunsuz ov edən şəxs saxlanılıb
# 26 noyabr 2021 10:16 (UTC +04:00)

Tərtərdə qanunsuz ov halı müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Qaradağlı kənd sakini Cabbar Həsənov qanunsuz ov edərkən saxlanılıb. Həmin şəxsdən qanunsuz olaraq ovladığı çöl heyvanları aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR